Novella Cəfəroğlu: “Əfv ərizəsi yazanlar birinci buraxılacaqlar”

Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində əfv olacağı haqqında bir çox təşkilatlardan xəbərlər verilməkdədir. Oktyabr ayında əfv olunan  4 siyasi məhbus hesab edilən şəxsdən sonra ümid var ki, ilin sonunda digər şəxslər də bu siyahıya düşəcək. Hətta bəzi müstəqil ekspertlər daha kütləvi əfvin olacağına da ümid edirlər. İşçi qrupu isə qızıl amnistiya verilməsi istiqamətində işlər aparıldığını qeyd edirlər.
Hüquq müdafiəçisi Novella Çəfəroğlıu Deyerler.org-a əfvlə bağlı fikirərini bölüşərkən deyib ki, hər şey prezidentin fərmanından asılıdır: “İlin axırında gözlənilən əfvlə bağlı biz bəzi adamların adlarını siyahılandırıb Əfv Komissiyasına təqdim etmişik. Amma nəticə olaraq hər şey prezidentin fərmanından asılıdır. Təbii ki, əfv ərizəsi yazanları birinci olaraq buraxacaqlar. Amma əfv yazmayanların azad olunması yalnız prezidentdən asılıdır. Biz siyahını təqdim edərkən əfv ərizəsi ilə müraciət edənlərin və etməyənlərin arasında fərq qoymamışıq. Amma onu da qeyd edim ki, “Evrovijion” öncəsi həbs olunanların heç biri əfv ərzisəsi yazmamaışdı. Amma onların hamısı azad olundu”./
 

Google+ WhatsApp ok.ru