İntiqam Əliyevlə bağlı yeni fakt

Hüquq Maarifçiliyi Cəmiyyətinin mühasibi olmuş Gülşən Orucova iddia edir ki, ümumilikdə 119 min manatı hər dəfəki köçürmədən sonra bacısı Əfsanə Orucovanın hesabından çıxarıb, aparıb İntiqam Əliyevə verib. Məhz bu iki bacının ifadəsi əsasında hüquqşünas İntiqam Əliyevə 119 min manatın mənimsənilməsi haqda ittiham irəli sürülüb.
 
İntiqam Əliyev isə məhkəmədə bəyan edib ki, mühasibin bacısının hesabına təşkilatdan pul köçürülməsi barədə ödəniş göstərişlərinə onun adından saxta imzalar atılıb. 
 
«Azadlıq» qəzeti yazır ki, redaksiyaya Gülşən Orucovanın çalışdığı başqa təşkilatlardan da bacısının hesabına pul köçürdüyünü sübut edən sənəd daxil olub.
 
«Söhbət Media Hüququ İnstitutundan gedir. Əfsanə Orucova Media Hüququ İnstitutunun əməkdaşı olmayıb. Belə olan halda, hansı əsasla bu təşkilatın hesabından onun hesabına pul köçürülüb?», – deyə qəzet sual edir.

Google+ WhatsApp ok.ru