Olimpiadanın on birinci günündə yeddi Azərbaycan idmançısı yarışacaq.

Olimpiadanın on birinci günündə yeddi Azərbaycan idmançısı yarışacaq.

Olimpiadanın on birinci günündə yeddi Azərbaycan idmançısı yarışacaq.
 
Avqustun 15-i Azərbaycan yunan-roma güləşciləri Saman Təhmasibi (-85 kq) və Sabah Şəriəti (-130 kq) yarışlara qatılacaqlar.
 
Azərbaycan canoeçisi İnna Osipenko-Radomska bir nəfərlik qayıq, 200 m (sprint) üzrə yarışlarda iştrak edəcək.
 
Boksçular Yana Alekseyeva (qadınlar, -60 kq) və Elvin Məmişzadə (kişilər, -52kq) Olimpiadada ilk döyüşlərinə çıxacaqlar.
 
Üçtəkanla tullanma yarışlarında Nazim Babayev iştrak edəcək.
 
Həmçinin boksçu Kamran Şahsuvarlı (75kq) yarımfinala vəsiqə qazanmaq üçün rinqə çıxacaq.
 
Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay
 
Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.
 
Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır.
 
Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.
 
Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbət güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).
 

Google+ WhatsApp ok.ru