Olimpiya Oyunlarında ilk dəfə qaçqınlar komandası iştirak edəcək 28 İyul 2016 01:00 İdman Bu komandanın tərkibinə 10 idmançı daxildir Olimpiya Oyunlarında ilk dəfə qaçqınlar komandası iştirak edəcək. "Report" BMT-nin xəbərlər mərkəzinə istinadən məlumat verir ki, bu komandanın tərkibinə 10 idmançı daxildir. Onlardan beşi Keniyadakı Kakuma qaçqın düşərgəsində yaşayan Cənubi Sudan vətəndaşlarıdır. Son bir il ərzində onlar Keniyanın paytaxtı Nayrobidə hazırlıq keçib. "Mən digər qaçqınlar və idmançılarla görüşmək istəyirəm. Əlbəttə ki, mən Braziliyanı da görmək istəyirəm. Bura gələndən çoxlu məşq etmişəm, nəticələrimi yaxşılaşdıra bilmişəm. Əvvəllər 400 metrlik məsafəni 85 saniyəyə qaçırdım, indi isə cəmi 1 dəqiqəyə bu məsafəni qət edirəm", - deyə, qaçqın idmançılardan biri olan Andjalin Naday bildirib. Rio-de-Janeyrodakı olimpiadaya yollanacaq qaçqınlar arasında Suriya və Konqodan olanlar da var. Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları avqustun 5-də başlayacaq. / Teqlər : #Olimpiya Oyunlarında ilk dəfə qaçqınlar komandası iştirak edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çempionlar Liqasında III mərhələnin ilk oyunları - NƏTİCƏLƏR Dünya çempionatı: Azərbaycan kanoeçisi yarımfinala çıxıb