Ombudsman Elmira Süleymanova Rauf Mirqədirov və Arif Yunusovla görüşüb 06 Oktyabr 2015 01:00 Hüquq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Başçəkmədə məqsəd saxlanılma şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub. Həmin müəssisədə saxlanılan şəxslərdən Rauf Mirqədirov, Arif Yunusov və digərlər ilə təkbətək qaydada görüş keçirilib. Təklikdə söhbət zamanı onlar bu müəssisədə saxlanılma şəraiti, habelə müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər. Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib. Teqlər : #Ombudsman Elmira Süleymanova Rauf Mirqədirov və Arif Yunusovla görüşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xədicə İsmayıla çıxarılan hökmdən apelyasiya şikayətinə baxılacaq Azərbaycanda polisin vəzifələrinin miqyası genişləndirilib