Ombudsmanın nümayəndələri Mövsüm Səmədovla görüşüb

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrinə qısamüddətli başçəkmələr həyata keçiriblər.
 
Ombudsman Aparatının mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, başçəkmə zamanı 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Mövsüm Səmədovla (M.Səmədov Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən, 2 il müddətinə həbsxana rejiminə keçirilib) görüş keçirilib, saxlanma şəraiti araşdırılıb. 
 
13 saylı cəzaçəkmə müəssisəsinin karantin otağında saxlanılan Tofiq Yaqublu da qəbul edilib və vəziyyəti araşdırılıb. Görüş zamanı T.Yaqublu cəzaçəkmə müəssisəsində saxlanılma şəraiti və rəftarla bağlı narazılığının olmadığını bildirib. 
 
Həmçinin 14 saylı cəzaçəkmə müəssisəsində qəbul edilmiş Sərdar Əlibəyli də saxlanılma şəraiti və rəftarla bağlı şikayət etməyib. 
 
Bu görüşlər zamanı qaldırılan məsələlərlə əlaqədar Ombudsman tərəfindən müvafiq səlahiyyətli dövlət orqanlarına müraciət edilib. 

Google+ WhatsApp ok.ru