Orxan Eyyubzadə 2 il azadlıqdan məhrum edilib

Bu gün Binəqədi Rayon Məhkəməsi  gənc fəal, 19 yaşlı Orxan Eyyubzadəni 2 il azadlıqdan məhrum edib. O, hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə təqsirli bilinib.
 
Vəkil Əsabəli Mustafayev hökmü əsassız hesab edir, çünki O.Eyyubzadə cinayət törətməyib. Vəkil apellyasiya şikayəti verəcək.
 
Orxan Eyyubzadə bu il mayın 6-da NİDA fəallarına hökm oxunarkən keçirilən etiraz aksiyası zamanı, 20 sutka həbs cəzası alıb. Sonradan təcridxanada polis əməkdaşına qarşı zorakılıqda ittiham olunub. 

Google+ WhatsApp ok.ru