Oyun zamanı ürəyi dayanan 26 yaşlı futbolçu ölüb - VİDEO

Yaşıl meydanlarda daha bir futbolçu ölümü qeydə alınıb.
 
Maide.Az apasport.az-a istinadən xəbər verir ki, Buxarest "Dinamo"sunun kamerunlu oyunçusu Patrik Ekenq vəfat edib.
 
Rumınya birinciliyinin "Vitorul"la oyununda meydana ehtiyatdan daxil olan 26 yaşlı futbolçu 7 dəqiqə sonra huşunu itirərək yerə yıxılıb. Ürəyi dayanan oyunçuya ilk olaraq klub həkimləri müdaxilə ediblər.
 
Həkimlər onun ürək döyüntülərini bərpa etsələr də, vəziyyətin gərgin olduğunu görüb təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salıblar.
 
Ancaq Ekenq heç bir xüsusi avadanlığı olmayan, sadəcə nəqliyyat kimi istifadə edilən tibbi yardım maşınında xəstəxanaya çatmamış vəfat edib.
 

Google+ WhatsApp ok.ru