Pərviz Həşimli İlham Əliyevdən bağışlanmasını istədi

“Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimli əfv ərizəsi yazıb.
 
Maide.az xəbər verir ki, Pərviz Həşimlinin vəkili Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, P.Həşimli əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib.
 
P.Həşimli Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
Həmin hökmlə razılaşmayan P. Həşimli Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
 
Lakin Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Google+ WhatsApp ok.ru