Pəhriz saxlayıb yenə kökəlirsiz? SƏBƏBLƏR

Maddələr mübadiləsinin pozulmasına səbəb olan beş qida

Bəzən insan idman proqramları və pəhriz saxlamasına baxmayaraq, istənilən nəticəni əldə edə bilmir. İndiyədək sizin başınıza belə bir iş gəlib? Bu, çox acınacaqlıdır!  
 
Maide.az xəbər verir ki, bildiyiniz kimi, bugün fitnes və bədən çəkisinin azaldılması insanların əsas narahatlıqlarındandır. Bu məsələ, həm sağlamlıq və həm də gözəllik nöqteyi-nəzərdən diqqət mərkəzindədir.    
 
Bunun səbəbi o ola bilər ki, siz sağlam qida qəbul etdiyinizi düşünürsünüz, amma əslində belə deyil və bəlkə də siz öz yemək rejiminzdə elə qidalar qəbul edirsiniz ki, bədən çəkinizin azalması üçün səylərinizi heçə endirir.  
 
Bir sıra qidalar var ki, öz bədən çəkinizi hətta bir kiloqram belə azaltmağa imkan vermir və siz dəyişilməz bir vəziyyətdə qalırsınız. Bu kimi qidalar “Maddələr mübadiləsini məhv edən yeməklər” adlandırılır!. Bu termin biraz qorxulu səslənə bilər və belə də ola bilər ki, bu qidalarla bağlı ən ağlasığmaz şey odur ki çox vaxt “sağlam qidalar” adlanır.
 
Burada maddələr mübadiləsinin pozulmasına səbəb olan beş qida haqda danışırıq. Bu yeməkləri öz qida rejiminizdən silməlisiniz ki orqanizminizdə maddələr mübadiləsi və lipotrop sisteminiz işə düşsün .
 
Meyvə şirələri!
 
Bütün insanların düşündüyünün əksinə olaraq, piy insanın kökəlməsinə səbəb olan yeganə amil deyil, həddindən artıq şəkər istifadə etmək də bu problemin yaranmasında mühüm rol oynayır. Meyvə şirələrinin tərkibində bol miqdarda şəkər olduğunu nəzərə alaraq, çoxlu meyvə şirəsi içmək maddələr mübadiləsinin düzgün prosesinin pozulmasına gətirib çıxarır. Ən çox şəkər miqdarı alma, portağal və üzüm şirəsinin tərkibində var.
 
Eləcədə, bu gün bir çox istehsalçılar meyvə şirələrinə şəkər əlavə edir, süni rənglər və konservantlar əlavə edirlər ki bu da orqanizm üçün çox zərərlidir. Səkkiz unsiyalı bir meyvə şirəsi şüşəsində 30 qram şəkər var, halbuki, bir qutu sodanın tərkibində 28 qram şəkər var. Siz ev şəraitində hazırlanan meyvə şirələrindən istifadə edə bilərsiniz. Məsələn, təbii limonad çox dadlı bir içkidir.  
 
Dənli bitkilər!
 
Ümumiyyətlə, əksər paxlalar (buğda unu istisna olmaqla) orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb olur və bədən çəkisinin azalması prosesinə mane olur. Maddələr mübadiləsinə çox təsir edən üç birləşmə aşağıdakılardır: Buğdanın, nişastanın, fatik sıralı turşuların tərkibində olan zülallar. Bu maddələr bədəndə iltihab yaradır. Nişastanı şəkərə çevirir və eləcədə orqanizminiz tələb olunan vitaminləri cəlb edə bilmir və beləliklə də, maddələr mübadiləsi pozulur. Dənli paxlalıların gündəlik qəbul etməyi azaltmağın ən yaxşı yolu, onun yerinə meyvə-tərəvəz, və ya kiçik bir parça çörək yeməkdir. Həmçinin, buğda unu əvəzinə, hindqozu istifadə edə bilərsiniz. Hindqozunun tərkibində yüksək miqdarda lif olduğu üçün, pəhriz saxlayan insanlar üçün yaxşı seçimdir.
 
Kanola yağı!
 
Hidrogenləşdirilmiş maddələrlə zəngin olan bu növ yağ bütün bədəndə iltihab yaradır və maddələr mübadiləsinin pozulmasına səbəb olur. Kanola yağı əvəzinə, maddələr mübadiləsini artıran hindqozu yağından və bitki marqarinindən istifadə etmək olar.
 
Yer fındığı yağı!
 
Bəli! Yer fındığı yağı çox dadlıdır, lakin eyni zamanda bağırsağın sağlamlığına zərər vura bilər. Yer fındığı yağı allergiya mənbəyidir, bəzən bağırsağa çökür və maddələr mübadiləsinin funksiyasını ləngidir. Eləcədə, yer fındığı yağı omega- 6 ilə zəngindir ki bu da bütün bədəndə iltihabın yaranmasına gətirib çıxarır. Beləcə, bu da maddələr mübadiləsini pozan qida maddələrindəndir.
Əgər bədəninizdə maddələr mübadiləsini işə salmaq istəyirsinizsə, yer fındığı yağının əvəzinə badam yağından istifadə edə bilərsiniz. Badam yağının tərkibində bir növ amin turşu var ki, bədəninizin əzələ yaratmaq imkanına səbəb olur, bu da maddələr mübadiləsini artırır. Kərəvizlə ya alma ilə bir xörək qaşığı badam yağı maddələr mübadiləsinin artmasına böyük təsir göstərir.
 
Qranola!
 
Qranola qurudulmuş meyvələrdən və qoz-fındıqdan hazırlanmış şirniyyat növüdür. Bütün insanlar uzun müddət Qranolanı sağlam bir qida maddəsi hesab edirdilər, lakin bugün məlum olub ki, tərkəbində müxtəlif qoz-fındıq və bol miqdarda şəkər və bal olduğu üçün, bədən çəkisini artırır.
 
Siz ev şəraitində Qranola hazırlaya bilərsiniz, bunun üçün badam, qoz və fındıq içini səkkiz saat ərzində suda isladın və daha sonra suyunun çəkilməsi üçün bir dəsmala bükün, sonra bunları təbii balla və darçınla və bir az duzla qarışdırın və sobaya qoyun. Beləcə, maddələr mübadiləsinin artmasına da böyük təsir göstərən mükəmməl bir qidaya sahib olursunuz. tebyan /

Google+ WhatsApp ok.ru