`Park Bulvar`a partlayıcı qurğu yerləşdirilməsi barədə yalan məlumat verən şəxsə hökm oxunub

Polisə yalan məlumat verməkdə təqsirləndirilən Kəlbəcər rayon sakini,1970-ci il təvəllüdlü Allahverdiyev İsmayıl Həbib oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən bugünkü prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bir müddət əvvəl nəməlum şəxs Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng vuraraq Neftçilər prospekti 131 ünvanında yerləşən "Park Bulvar" ticarət mərkəzində partlayıcı qurğu yerləşdirilməsi barədə polisə məlumat verib. Həmin şəxsin Kəlbəcər rayonundan məcburi köçkün, Suraxanı rayonunda məskunlaşmış 1970-ci il təvəllüdlü Allahverdiyev İsmayıl Həbib oğlu olması bəlli olub. Polis onu saxlayıb. 

Google+ WhatsApp ok.ru