Pirallahının prokuroru niyə yoxdur?

Bir neçə il əvvəl yaradılmış rayonun prokurorsuz qalmasının səbəbləri ilə bağlı maraqlı iddia

Pirallahı rayonu barədə redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, 2012-ci ildə yaradılan rayona indiyə qədər prokuror təyin edilməyib. Rayonda digər qurumların yerli şöbələri fəaliyyət göstərsə də, nədənsə prokurorluq yada düşmür.
 
Məlumat üçün deyək ki, 2012-ci il dekabrın 21-də Pirallahıya rayon statusu verilməsi haqqında qanun qəbul edilib. Ölkə başçısı İlham Əliyev 2013-cü il yanvarın 17-də bu qanunun tətbiqi barədə sərəncam imzalayıb. Həmin ilin martın 7-də isə Vasif Imanov bu rayona icra başçısı təyin edilib. Ilham Əliyev 2013-cü il oktyabrın 4-də isə Pirallahı Rayon Prokurorluğu yaradılması barədə sərəncam imzalayıb.
 
Araşdırmalarımız zamanı bəlli olub ki, İlham Əliyevin bu sərəncamına baxmayaraq hələ də Pirallahı Rayon Prokurorluğunu səlahiyyətlərini Xəzər rayonunun eyni adlı qurumu icra edir. Xəzər Rayon Prokurorluğundan da faktı təsdiqləyiblər. Xəzər rayon prokuroru Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qardaşı Fəxri Ələsgərovdur. İddialara görə, Pirallahı rayonunun prokurorsuz qalmasının bir səbəbi də budur. Fuad Ələsgərovla yaxın münsibətləri olan baş prokuror Zakir Qaralov şöbə müdirinin qardaşına görə Pirallahını prokurosuz qoyub.(azadlıq)

Google+ WhatsApp ok.ru