Piylənməyə qarşı ən effektli meyvə 07 Yanvar 2015 02:00 Sağlamlıq Mandarin əsl vitamin anbarıdır. C vitamini ilə yanaşı, B1, B2 və P vitamini ilə zəngindir. Mandarinin qabığında üzvi turşular, karotin (yerkökü, yumurta sarısı və südün tərkibində olan narıncı-sarı piqment), qlükoza və efir yağları var. Cənubi Koreya alimləri əmindirlər ki, mandarin piylənməyə qarşı ən effektli vasitədir. Onlar kökəlmədən əziyyət çəkən 30 şagirdə iki ay ərzində mandarin yedirib, mandarin şirəsi içirdiblər. Nəticədə eksperiment iştirakçılarının çəkisi 1,5 faiz azalıb. Onların ciyərlərində də yağların miqdarı azalıb. Mandarinin bağırsaq və ishalla müşayiət olunan xəstəliklərdə faydası var. Bağırsaq xəstəliklərində quru mandarinin tozu (yarım çay qaşığı ilə gündə iki dəfə) həzmin yaxşılaşmasına kömək edir. Qurudulmuş mandarinin tozunu suya salıb içildikdə öskürəyi yumşaldır. Mandarin şirəsi vitaminlərlə zəngin olduğu üçün dərini gözəlləşdirir. / Teqlər : #Piylənməyə qarşı ən effektli meyvə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu aydan hemofiliyalı xəstələrə ilkin tibbi yardım onların yaşadıqları ərazilərdə göstəriləcək Azərbaycanda İİV-dən ölənlərin sayı 700-ə yaxınlaşır
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir