Premyer Liqada ilk dövrəyə yekun vurulub 03 Oktyabr 2016 01:00 İdman Bu gün Topaz Premyer Liqasında VII tura və ilk dövrəyə yekun vurulub. Verilən məlumata görə, həftənin son matçı Qəbələdə baş tutub. Çempionluğa əsas namizədlər, Avropa Liqasının qrupunda çıxış edən “Qarabağ”la “Qəbələ” turun mərkəzi oyununda üz-üzə gəliblər. 8 oyundu uduzmayan və qol buraxmayan “qırmızı-qaralar” son 4 turda xal da itirməyib. Bölgə klubunun seriyası bu dəfə də davam edib. Meydan sahibləri matça fəal başlayıb. 11-ci dəqiqədə Filip Ozobiç uzaq məsafədən baxımlı qola imza atıb. Bundan 3 dəqiqə sonra isə Baqali Dabo ikinci dəfə qonaqları məyus edib. Qeyd edək ki, bu oyundan sonra milli komandaların matçları ilə əlaqədar Topaz Premyer Liqasında fasilə yaranacaq. (apa) / “Qəbələ” – “Qarabağ” - 2:0 Qollar: Ozobiç, 11, Dabo, 14 Turnir cədvəli 1 Qəbələ 7 6 1 0 19-0 19 2 İnter 7 4 3 0 12-7 15 3 Qarabağ 7 4 1 2 15-5 13 4 Sumqayıt 7 2 2 3 6-9 8 5 Kəpəz 7 1 4 2 6-8 7 6 Zirə 7 2 1 4 5-9 7 7 Neftçi 7 2 0 5 6-16 6 8 AZAL 7 0 2 5 3-18 2 Teqlər : #Premyer Liqada ilk dövrəyə yekun vurulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ronaldonun qazancı çoxdu, yoxsa Messinin? Milli komandanın Norveç və Çexiyaya qarşı oynayacaq futbolçuları