Prokuror ​Rauf Mirqədirova 7 il həbs cəzası istəyib

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
“Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı olub. Prosesdən sonra jurnalistlərə açıqlama verən R.Mirqədirovun müdafiəçisi Fuad Ağayev bildirib ki, dövlət ittihamçısı çıxış edib: "Prokuror Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib".
Növbəti proses dekabrın 23-də keçiriləcək.
Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Google+ WhatsApp ok.ru