Pərpətöyünün sağlamlıq üçün bilinməyən faydaları 29 İyun 2017 01:00 Sağlamlıq Pərpətöyün çox faydalı göyərtidir. Pərpətöyün A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium, manqan, yağlı turşular və digər insan sağlamlığı üçün vacib maddələrlə zəngindir. Maide.info saglamolun.az-a istinadən pərpətöyünün faydalarını təqdim edir: 1. Tərkibində olan təbii hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. 2. Sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, həmçinin sidikqovucu effekt verir. 3. Mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda qlükozanın səviyyəsini azaldır. 4. Kalium və maqneziumla zəngin olan pərpətöyün ürək üçün çox faydalıdır - ürək fəaliyyətini normallaşdırır, qanda xolesterinin səviyyəsini azaldır, arterial təzyiqi artıraraq hipotoniyanın qarşısını alır. 5. Xəstəliktörədici mikroblara qarşı antibakterial təsir göstərir. 6. Dəri və selikli qişaların regenerasiyasını (bərpa) sürətləndirir, dərialtı kollagenin parçalanmasını ləngidir, tərkibindəki A vitamini dərinin qidalanmasını yaxşılaşdırır, dəri yaşlanmasının qarşısını alır. 7. Pərpətöyündən hazırlanan maska dərini cavanlaşdırır və qırışların hamarlanmasını təmin edir. 8. Bağırsaqların fəaliyyətini yaxşılaşdırır. 9. Qaraciyər üçün faydalıdır. Teqlər : #Pərpətöyünün sağlamlıq üçün bilinməyən faydaları, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yuxusuz insanın beyni özünü `yeyir` Mis qablarda su içməyin 10 faydası
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir