`Qalatasaray` - `Borussiya` oyununa azərbaycanlı hakimlər

FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb.
 
Maide.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirində üz-üzə gələcək "Qalatasaray" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) oyununun baş hakimi Ə.Ağayev olacaq.
 
D qrupundakı matç oktyabrın 22-də Türkiyənin İstanbul şəhərindəki "Esenyurt İncirtepe" stadionunda keçiriləcək. 
 
Əliyar Ağayevə Rza Məmmədov və Knyaz Əmiraslanov kömək edəcəklər.

Google+ WhatsApp ok.ru