Qara çay için ki, sağlam sümüklərə sahib olasız

Çay ya qəhvə? Siz hansına üstünlük verirsiniz? Yorğun və ya yuxulu olarkən, insanı daha çox çay gümrah edir ya qəhvə? Əgər siz çaysevərlər qrupuna aidsinizsə, sizə bir müjdəmiz var;
Biz sizə sağlam və möhkəm sümüklər vəd edirik!
Maide.az xəbər verir ki, gün ərzində bir neçə fincan südsüz qara çay içmək sümüklərin daha da güclənməsi və sınmaması ilə birbaşa əlaqəsi var. Aparılmış ən son araşdırmalardan birinə əsasən, gün ərzində ən azı üç fincan çay içən qadınlar 34 faiz daha az artrit xəstəliyinə tutulma riski ilə üzləşirlər. Həmçinin, bu kateqoriyaya aid qadınlarda sümük sınıqları başqalarından 43 faiz daha az baş verir.
Bunun əsas baş vermə səbəbinin bugünədək müəyyən edilməməsinə baxmayaraq, alimlər hesab edir ki, çayın tərkibində Flavonoid (antioksidanlar) olması çayın sümüklərdə möhkəmləndirici xüsusiyyətə malik olmasında effektli təsiri var. Buna görə, sümük sınıqlarından ehtiyat edən və daima belə hadislərin qarşısını almağa çalışan ortayaşlı qadınlaratövsiyyə olunur ki, gündəlik üç və ya daha artıq fincan çay içməyi unutmasınlar.
Beləliklə, siz kafeinli içkilərə meyillisinizsə və səhəri enerji verici isti içkilərlə başlamaq istəyirsinizsə, alimlərin sizə təklifi çaydır. Təkcə yuxunu qaçırtmağa qadir olan yox, sümüklərinizin sağlamlığı və möhkəmlənməsini də təmin edən bir içki. salamatnews.com /
 

Google+ WhatsApp ok.ru