`Qarabağ` - `Viktoriya` matçı türkiyəli referiyə həvalə olundu

`Qarabağ` - `Viktoriya` matçı türkiyəli referiyə həvalə olundu

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Viktoriya" Plzen matçının hakim təyinatları açıqlandıb.
 
Görüşü türkiyəli hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Hüseyin Göçek olacaq.
 
Baş hakim: Hüseyin Göçek
 
Yan xətt hakimləri: Mustafa Əmrə Əyisoy, Kamal Yılmaz
 
Dördüncü hakim: Barış Şimşək
 
UEFA nümayəndəsi: İqor Satkii (Makedoniya)
 
Hakim-inspektor: Andreas Akkelides (Kipr)
 
Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" Plzen matçı avqustun 2-də saat 20:30-da keçiriləcək. (faktxeber) /

Google+ WhatsApp ok.ru