Qarabağ döyüşçüsü küçəyə atılır - MƏHKƏMƏ

1992-ci ildə Lacın rayonundan məcburi köckun düşən Sovet Həsənov uzun illər məskunlaşdığı evdən çıxarılır.
 
Həmin il Bakıya gələn Həsənovlar ailəsi Səbail rayonunda Abbasqulu Abbaszadə küçəsi, ev 21, mənzil 68 ünvanındakı hərbçilərə məxsus mənzildə məskunlaşıb. İndi Həsənovları həmin mənzildən çıxarırlar.
 
Buna səbəb kimi isə mənzilin 2008-ci ildə başqasına satılmasını göstərirlər. Sovet Həsənovun sözlərinə görə, Səbail rayon Məhkəməsi onları mənzildən çıxmağa məcbur edir. Ancaq məcburi köçkün ailəsi alternativ olaraq yaşayış sahəsi ilə təmin olunmur : "İndi nə edəcəyimizi bilmirik. İşsizəm, ayda 140 manat pensiya ilə dolanırıq. Evsiz, işsiz necə yaşayaq"?
 
Qeyd dək ki, növbəti məhkəmə yanvarın 12-i, saat 12.00-yə təyin olunub.(Cebhe.info)

Google+ WhatsApp ok.ru