QAT üzvləri məhkəməyə aparılıb

QAT üzvləri məhkəməyə aparılıb

Bu gün səhər saatlarında QAT-ın bir qrup üzvü Səbail rayonu Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparılıb.
 
QAT-ın mətbuat xidmətindən APA-ya bildirilib ki, polis bölməsinə aparılan şəxslər rusiyalı müğənni Filip Kirkorovun Bakıda konsertinə etiraz olaraq, aksiya keçiriblər.
 
Polisdə QAT üzvləri Nəsib Cəfərov, Cəfər Həşimov, Kəmalə Əliyeva, Paşa Dadaşov, Elşad Əliyev, Murad Məhərrəmli, Bəhlul Heybətov, Mahir Rzayev və Ömər Ömərovdan təkrar izahat alınıb. Həmin şəxslər barəsində hansı imkan tədbirinin seçilməsinə Səbail rayon Məhkəməsi qərar verəcək.
 
QAT sədri Akif Nağı isə  Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. Onu idarənin rəis müavini Səhlab Bağırov qəbul edib. Akif Nağıya xəbərdarlıq ediləndən sonra o, sərbəst buraxılıb. /
 
qat uzvleri mehkemeye aparilib
 
qat uzvleri mehkemeye aparilib
 

Google+ WhatsApp ok.ru