Qiyamçı müstəntiq yenidən istintaqa çağırıldı

Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. Maide.az-ın məlumatına görə, bu barədə R. Səfərov “facebook” sosial şəbəkəsində status paylaşıb. R. Səfərov barəsində yenidən həbs-qətimkan tədbirinin seçiləcəyini gözlədiyini bildirib.
 
Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsi istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Məhkəmənin qərarına əsasən, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
 
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Google+ WhatsApp ok.ru