Rəsmi qurumlar Bakının 2024-cü il Olimpiyadası üçün müraciət etdiyini təkzib edib

Azərbaycanın rəsmi qurumları Bakının 2014-cü il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün müraciət etdiyi haqqında məlumatı təsdiq etmir.
 
Belə ki, Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə Turan-ın müxbiri ilə söhbətində MOK-a belə bir təkliflə müraciət edilməsi haqqında məlumatı təkzib edib.
 
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da eyni şeyi deyib.
 
Bundan əvvəl Azərbaycan 2012 və 2016-cı illərdə Yay Olimpiya Oyunlarının keçirilməsi üçün ərizə verib, amma namizədlərin şort-siyahısına düşməyib.
 
Lakin, müşahidəçilərin fikrincə, 2015-ci il Birinci Avropa Oyunlarının keçirilməsi Azərbaycanın yay olimpiya oyunlarının keçirilməsi uğrunda mübarizədə şansını artırır.

Google+ WhatsApp ok.ru