Ürək və damar xəstələri üçün keçi və dəvə əti dərmandır

Ürək və damar xəstələri üçün keçi və dəvə əti dərmandır

 
Ürək və damar xəstələrinin keçi və dəvə ətindən istifadəsi daha məqsədə uyğun sayılıb.
 
Maide.Az  Anadolu xəbər saytına istinadən bildirir ki, ürək və damar cərrahiyyəsi üzrə professor doktor Kanat Özışık ət və içalatdan istifadənin ürək və damar xəstələrinin istifadə etmələrinin məqsədəuyğun olduğunu deyib.
 
O bildirib ki, qoyun ətinin, mal ətinə nisbətən daha yağlı və xolesterinli olduğu üçün keçi əti, ürək və damar sağlamlığından əziyyət çəkənlərə məsləhət görülür. Sağlamlıq baxımından çox faydalıdır. B vitamini yüksək və metabolizmi sürətləndirən təsirə malikdir. 
 
Doktor Özışık, ürək və damar xəstələri üçün digər bir alternativin sağlamlıq baxımından son dərəcə faydalı olan dəvə əti olduğunu bildirib. 
 
 
Ət və faydaları 
 
Mal əti həm qida maddəsi kimi, həm də müalicəvi-profilaktik baxımdan faydalıdır. Mal əti bədəni qüvvətləndirir, kökəldir, pəhriz məqsədilə münasibdir, sidikqovucu təsirə malikdir.
 
Qoyun əti bədənə istilik verir, kökəldir, orqanizmi möhkəmləndirir, qan yaradır. Daxili üzvləri, o cümlədən ürək, böyrək və qaraciyəri möhkəmləndirir.
 
Tam bişmiş toyuq əti orqanizm tərəfindən çox tez həzm olunur, təmiz qan yaradır. Cücə əti tez kökəldir, üzün rəngini yaxşılaşdırır, beyinin fəaliyyətini gücləndirir.
 
Ördək əti isə səsi saflaşdırır, qan yaradır, amma gec həzm olunur və baş ağrısı yaradır. Piyi öskürək üçün faydalıdır.
 
Qaz əti və yumurtası çətin və gec həzm olunur. Arıqlıq, öskürək və sinə ağrısı hallarında yumurtasını ilıq bişirib yemək faydalıdır. İki yaşına qədər cavan dəvənin əti daha yaxşı hesab olunur. Ancaq bu ətdən çox istifadə etmək öd xəstəliyi törədir.  
 
Keçi əti də faydalıdır.  Keçi piyi sürtmək ağrıları sakitləşdirir, soyuqdəyməni azaldır. Keçi əti böyrək və sidik kisəsi daşının tökülməsində çox təsirlidir.
 

Google+ WhatsApp ok.ru