Ürəyi gücləndirən dəmləmə. Resept 05 Mart 2019 10:56 Sağlamlıq Yaz aylarında ürə-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərdə xəstəliyin kəskinləşməsi mümkündür. Maide.Az "saglamolun.az" ürəyi gücləndirmək və ürəyin fəaliyyətini yaxşılaşdırmaq üçün xüsusi dəmləmə reseptini təqdim edir. 1 ovuc kişmiş və 10 ədəd ərik qurusunu yaxşı yuyun, əriyi tikələrə doğrayın. Meyvələri termosa tökün, üzərinə 1 l qaynar su tökün, axşamdan səhərə qədər dəmləyin. Səhər dəmləməni süzün və gün ərzində için. Dəmləməyə şəkər əlavə etməyin. Ərik və kişmiş ürəyin fəaliyyətini yaxşılaşdıran kaliumla zəngindir. Həmçinin kalium təzyiqi normallaşdırmağa da kömək edir. Bu dəmləməni ürək xəstəliklərinin profilaktikası məqsədi ilə də içmək olar. Həmçinin dəmləmə bağırsaqların fəaliyyətinə də çox yaxşı təsir edir, qəbizlikdən xilas edir. Teqlər : #Ürəyi,#gücləndirən,#dəmləmə.,#Resept, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Depressiyanın əlacı tapıldı İranlı tədqiqatçılar qaraciyər və ürəyin kök hüceyrələri ilə bərpasının yolunu tapıb
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir