Rauf Mirqədirovun məhkəməsi təxirə salındı -YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Maide.az xəbər verir ki, jurnalistin məhkəməsi 25 noyabr 10:30 tarixinə təxirə salınıb. 
 
***
Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Zerkalo» qəzetinin əməkdaşı Rauf Mirqədirovun məhkəməsi başlayıb.
 
Məhkəmə prosesi qapalı keçirilir.
 
Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub.
 
O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham olunur. R.Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.
 
Jurnalistlə bağlı istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb. Ötən il aprelin 19-da saxlanılan R.Mirqədirov barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həbs müddəti bir neçə dəfə uzadılıb.

Google+ WhatsApp ok.ru