Rauf Mirqədirova hökm oxunacaq

Dekabrın 28-də jurnalist Rauf Mirqədirovun işi üzrə məhkəmə iclası davam edəcək. Bu haqda onun vəkili Fuad Ağayev Facebook səhifəsində məlumat paylaşıb. Ötən həftə hakim məhkəməni qeyri-müəyyən müddətə təxirə salmışdı.
 
Bu gün jurnalistə hökm oxunacaq. 
 
Prokuror Rauf Mirqədirova 7 il həbs cəzası istəyib.
 
Dekabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rauf Mirqədirov son sözlə çıxış edib, o, bəraət istəyib.
 
Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham olunur. 
 
Özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.  Azadlıq radiosu/
 

Google+ WhatsApp ok.ru