`Real Madrid`in əfsanəsi Zidan baş məşqçilik kürsüsündə

İspaniya Birinci Futbol Liqası (La Liqaya) komandası "Real Madrid"də baş məşqçi Rafael Benitezin yerinə Zinəddin Zidan gətirildi.
 
Maide.az xəbər verir ki, klub prezidenti Florentino Perez "Santyaqo Bernabeu" stadionunda keçirilən mətbuat konfransında verdiyi açıqlamada, mövsüm əvvəlində komandanın başına gətirilən 55 yaşlı Benitez ilə yolların ayrıldığını və "Real Madrid"in B komandası "Castilla"nı işlədən fransız Zinəddin Zidan texniki direktorluq vəzifəsini yerinə yetirəcəyini bildirib.
 
Benitezin çalışdırdığı "Real Madrid" 25 rəsmi oyunda 17 qalibiyyət, 5 bərabərlik, 3 məğlubiyyət alıb. Liqada 18 həftədə topladığı 37 xalla 3-cü sırada yerləşir.

Google+ WhatsApp ok.ru