Rio-2016: Azərbaycan kanoeçisi olimpiadada yarımfinala yüksəlib

Rio-2016: Azərbaycan kanoeçisi olimpiadada yarımfinala yüksəlib

 
O, bütün rəqiblərini qabaqlayıb
 
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kanoeçi Valentin Demyanenko mübarizəyə başlayıb.
 
"Report"un məlumatına görə, 33 yaşlı idmançı 1 nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşdə finişə 39,749 saniyəyə çatıb.
 
Nəticədə o, bütün rəqiblərini qabaqlayaraq, yürüşün qalibi olub.
 
Demyanenko ilk "5-liy"ə düşdüyü üçün, reqlamentə əsasən, yarımfinala yüksəlib. Onun növbəti yürüşü saat 17:42-də başlanacaq. /

Google+ WhatsApp ok.ru