Rio-2016: IX gün üçün Azərbaycan idmançılarının təqvimi

Rio-2016: IX gün üçün Azərbaycan idmançılarının təqvimi

Braziliyada Yay Olimpiya Oyunları davam edir.
 
Apasport.az saytının məlumatına görə, mötəbər yarışın IX günündə daha 3 Azərbaycan idmançısı çıxış edəcək.
 
Boks üzrə super ağır çəkidə (+91 kq) mübarizə aparan Məhəmmədrəsul Məcidov ikinci döyüşünə çıxacaq. O, 1/8 finalda qazaxıstanlı İvan Diçko ilə mübarizə aparacaq.
 
Güllə atıcımız Ruslan Lunyov isə 25 m məsafəyə hədəfi dəqiq nişan almaq üçün ikinci təsnifat mərhələsində çıxış edəcək.
 
Velosipedçimiz Olqa İsmayılova isə keyrində ilk yürüşünə çıxacaq.
 
Boks
1/8 final
02:45. Məhəmmədrəsul Məcidov (+91 kq) – İvan Diçko (Qazaxıstan)
 
Güllə atıcılığı
25 m, II təsnifat mərhələsi
16:00. Ruslan Lunyov
 
Velospied idmanı
Keyrin
I mərhələ
17:00. Olqa İsmayılova

Google+ WhatsApp ok.ru