Rio-2016: Olimpiadada əldə olunan dünya REKORDLARI

Rio-2016: Olimpiadada əldə olunan dünya REKORDLARI

 
Rio-2016-da yeni rekord müəyyənləşib.  Çinli ağırlıqqaldıran Denq Vey Braziliyadakı Olimpiya Oyunlarında iki dünya rekordu qıran ilk idmançı olub.
 
63 kq çəki dərəcəsində çıxış edən xanım atlet həm təkanla qaldırma, həm də yekun nəticədə dünya rekordu müəyyənləşdirib. Onadək ikinci hərəkətdə 147 kq qaldıran idmançı olmamışdı ki, asiyalının yekunda topladığı 262 kq nəticəsi də planetin ən yüksək göstəricisidi.
 
Ümumilikdə isə Rio-2016-dakı dünya rekordlarının sayı 9-a çatıb. Bunlardan 5-i üzgüçülük, 3-ü ağırlıqqaldırma, 1-i isə kamandan oxatmada qeydə alınıb.
 
İndiyədək 7 ölkə təmsilçisi Rioda dünya rekordu ilə fərqlənib ki, yalnız çinlilərin hesabında 3 belə nailiyyət var. Digər 6 ölkə idmançıları isə 1 rekord müəllifidi.
 
Qeyd edək ki, 9 dünya rekordundan 6-sı qadın, 3-ü kişilərin hesabındadı. (apasport.az) /
 
 
Rio-2016-da dünya rekordları
5 avqust
Kamandan oxatma, kişilər
Vujin Kim (Cənubi Koreya) – 700
 
6 avqust
Üzgüçülük, qadınlar, 400 m, kompleks
Katinka Hosszu (Macarıstan) – 4.26,36
 
7 avqust
Üzgüçülük, qadınlar, 4x100 m, sərbəst üsulla
Avstraliya – 3.30,65
 
Ağırlıqqaldırma
Kişilər, 56 kq
Qinqquan Lonq (Çin) – 307 kq
 
Üzgüçülük, qadınlar, 100 m, batterflyay
Sara Syostrom (İsveç) – 55,48
 
Üzgüçülük, kişilər, 100 m, brass
Adam Peti (Böyük Britaniya) – 57,13
 
Üzgüçülük, qadınlar, 400 m, sərbəst üsul
Katelin Ledeki (ABŞ) – 3.56,46
 
9 avqust
Ağırlıqqaldırma, qadınlar, 63 kq, yekun
Denq Vey (Çin) – 262 kq
 
Ağırlıqqaldırma, qadınlar, 63 kq, təkanla qaldırma
Denq Vey (Çin) – 147 kq
 
 

Google+ WhatsApp ok.ru