Rio-2016: XV gün üçün Azərbaycan idmançılarının təqvimi 20 Avqust 2016 01:00 İdman Rio-2016 Yay Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, mötəbər turnirin XV günündə Azərbaycan yığmasının 4 üzvü medallar uğrunda mübarizə aparacaq. Sərbəst güləş yarışlarında çıxış edən Şərif Şərifov (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq), həmçinin taekvondoçu Radik İsayev (+80 kq) və bədii gimnastımız Marina Durunda günü mükafatla başa vura bilərlər. Olimpiya Oyunları XV gün Sərbəst güləş 1/8 final 17:20. Şərif Şərifov (86 kq) – Şengfeng Bi (Çin) 17:45. Cəmaləddin Məhəmmədov (125 kq) - İvaylov Dlaqnev (ABŞ) Taekvondo 1/8 final 19:45. Radik İsayev (+80 kq) – Ruslan Japarov (Qazaxıstan) Bədii gimnastika Çoxnövçülük Final 22:20. Marina Durunda Teqlər : #Rio2016: XV gün üçün Azərbaycan idmançılarının təqvimi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rio-2016: Azərbaycan idmançılarının XIV günü Rio-2016: Tacikistan tarixində ilk qızıl Olimpiya medalını qazanıb