Roberto Mançini “Zenit”in baş məşqçisi təyin edilib

Roberto Mançini “Zenit”in baş məşqçisi təyin edilib

Rusiyanın “Zenit” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, Mirça Luçeskunun qovulmasından sonra boş qalmış postu Roberto Mançini tutub.
 
Məlumatı Sankt-Peterburq təmsilçisinin rəsmi saytı yayıb.
 
İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Mançini bu müddətdə uğurlu nəticə göstərsə, onun sözləşməsi daha 2 il müddətinə uzadılacaq.
 
Qeyd edək ki, Mançini məşqçilik fəaliyyəti ərzində “Fiorentina”, “Latsio”, “İnter”, “Mançester Siti” və “Qalatasaray” klublarını çalışdırıb. /
 

Google+ WhatsApp ok.ru