Ronaldinyo futbolçu karyerasını bərpa edir 25 Yanvar 2017 02:00 İdman 36 yaşlı hücumçuya ayda 88 min avro maaş, eləcə də dəbdəbəli malikanə və cangüdən təklif olunub. İspaniyanın "Barselona" klubunun və Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyo karyerasını bərpa etməyə yaxındır. "Report"un ESPN-ə istinadən verdiyi məlumata görə, 36 yaşlı hücumçu Braziliya "Kuritiba"sı ilə anlaşma əldə edib. Ona ayda 88 min avro maaş, eləcə də dəbdəbəli malikanə və cangüdən təklif olunub. "Sambaçı" sonuncu klubu "Flüminense"ni 2015-ci ilin sentyabrında tərk edib. Ötən mövsüm Braziliya çempionatında 15-ci yeri tutmuş "Kuritiba"nın idman direktoru Braziliya millisinin sabiq müdafiəçisi Juliano Bellettidir. O, Ronaldinyo ilə "Barselona"da birgə çıxış edib. Qeyd edək ki, Ronaldinyo 2016-cı il oktyabrın 20-də "Qəbələ" klubunun dəvəti ilə Bakıda səfərdə olub. Həmin gün keçirilmiş mətbuat konfransında Azərbaycan paytaxtında Ronaldinyo Futbol Akademiyasının açılacağı bildirilib. / Teqlər : #Ronaldinyo futbolçu karyerasını bərpa edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həftənin ən gözəl qolları, ötürmə və qurtarışları - VİDEO Çempionlar Liqası: `Azərreyl` Fransa klubuna qalib gəlib