Ronaldo 14,7 mln. avro ödəməkdən imtina edib 23 İyun 2017 01:00 İdman “Real” (Madrid) futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo İspaniyanın vergi qurumlarına 14,7 mln. avro ödəməkdən imtina edib. 32 yaşlı futbolçu iyulun 31-də öz mövqeyini məhkəmə qarşısında izah etmək niyyətindədir. Ronaldonun proseslə əlaqədar artıq “Baker & McKenzie” beynəlxalq hüquq şirkətinin iki vəkili ilə müqavilə bağladığı bildirilir. Qeyd edək ki, K.Ronaldo 2011-2014-cü illərdə İspaniyanın dövlət qurumlarına 14,7 mln. avro vergidən yayınmaqda şübhəli bilinir. (apa) / Teqlər : #Ronaldo 14,#7 mln. avro ödəməkdən imtina edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru UEFA tarixinin ən uğurlu 30 klubu - Siyahı Lionel Messinin həbs cəzası cərimə ilə əvəzlənib