Ronaldo 372 gündə tarix yazdı

Ronaldo 372 gündə tarix yazdı

Portuqaliyalı ulduz “Real”ın (Madrid) aparıcı futbolçusu Kriştianu Ronaldo son 1 ildə əldə etdiyi nailiyyətlərlə hər kəsi özünə heyran buraxıb.
 
K.Ronaldo 2016-2017 mövsümündə 10 mükafat qazanıb. Bunlardan 6-sı kubok mükafatı, 4-ü isə şəxsi nailiyyətlərdir.
 
Çempionlar Liqasının final mərhələsində dubl edərək, kubokun qazanılmasında böyük rol sahibi olan ulduz futbolçu, bununla da kariyerasında 600-cü qolunu rəsmiləşdirib.
O, eyni zamanda bu arenada dalbadal 5-ci dəfə qol kralı olub.
 
32 yaşlı oyunçunun son 1 ildə, daha dəqiq desək, son 372 gündə əldə etdiyi nəticələr bunlardır:
“EURO-2016” qalibi (Portuqaliya milli komandası)
2 dəfə Çempionlar liqasının qalibi (“Real Madrid”)
UEFA super kuboku
FİFA dünya klublar kuboku
İspaniya “La liqa”sı
 
Bununla yanaşı, təcrübəli futbolçu, UEFA və FIFA-da “İlin futbolçusu”, “Ballon d’Or” mükafatı və Portuqaliyada “İlin futbolçusu” seçilib. (modern.az) /

Google+ WhatsApp ok.ru