Ronaldo dünyanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb

Ronaldo dünyanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb

Portuqaliya yığmasının rəhbəri Fernandu Santuş ən yaxşı məşqçi seçilib
 
İspaniyanın "Real" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo dünyanın ən yaxşı futbolçusu – "Globe Soccer Awards" mükafatına layiq görülüb.
 
Bu barədə mükafatın mətbuat xidmətinin məlumatında bildirilir.
 
Təqdimetmə mərasimi Dubay şəhərində baş tutub. "Real Madrid" ilin ən yaxşı klubu, 2016-cı ildə Avropa çempionu olan Portuqaliya futbol yığmasının baş məşqçisi Fernandu Santuş ən yaxşı məşqçi, ingilis Mark Klattenburq isə ən yaxşı hakim seçilib.
 
Bu mükafat 2010-cu ildə Avropa Futbol Agentləri Assosiasiyası və Avropa Klubları Assosiasiyası tərəfindən təsis edilib. (report) /

Google+ WhatsApp ok.ru