`Ronaldu `Real`ın tarixində ən yaxşı futbolçudur`

`Ronaldu `Real`ın tarixində ən yaxşı futbolçudur`

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandasının aparıcı üzvü Kriştianu Ronaldu haqda danışıb. 
 
Fransız mütəxəssis Ronaldunun "Kral klubu"nun tarixində ən yaxşı futbolçu olduğunu qeyd edib: 
 
""Real"a istənilən futbolçu gələ bilər. Lakin heç kim Ronaldunun uğurlarını təkrarlaya bilməz. Mübaliğəsiz, o, "Real"ın tarixində ən yaxşı oyunçudur. Ronaldu dördüncü dəfə "Qızıl top"a sahib çıxdı. Ona alqış düşür. Lakin hesab edirəm ki, Kriştianu bu mükafatı yenə də qazana bilər". (qol.az) /

Google+ WhatsApp ok.ru