Rusiyada silahlı dəstə yaratmaqda təqsirləndirilən azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib 23 Mart 2016 02:00 Hüquq Rusiya hüquq-mühafizə orqanları silahlı qruplaşma yaratmaqda təqsirləndirilən azərbaycanlı barəsində axtarış elan edib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1984-cü ildə Bakı şəhərində anadan olan Samir Xanməmmədov qanunsuz silahlı dəstə yaradılmasında iştirak etməkdə təqsirləndirilir. S. Xanməmmədov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.(apa) Teqlər : #Rusiyada silahlı dəstə yaratmaqda təqsirləndirilən azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kürdəxanı təcridxanasında daha dustaq saxlamağa yer yoxdur Büdcə təşkilatlarında maliyyə pozuntuları ilə bağlı cəza sərtləşdirilir