Rusiyalı futbolçular kütləvi şəkildə zəhərləniblər

Rusiya çempionatının birinci liqasında yarışan “Volqa”nın yeddi futbolçusu zəhərlənib.
 
Hadisə komandanın Samarada “Krılya Sovetov”la 26-cı turunun oyununa bir gün qalmış baş verib.
 
“İnterfaks” agentliyi bildirib ki, Samarada “Matreşka” adlı otel kompleksində axşam yeməyindən sonra səkkiz futbolçunun səhhətində problem yaranıb.
 
Tibbi müayinədən sonra onların zəhərləndiyi müəyyənləşib.
 
Hadisə ilə bağlı açıqlama yayan otel rəhbərliyi bəyan edib ki, onlar zəhərlənməyə görə heç bir məsuliyyət daşımırlar. Qeyd olunub ki, futbolçular oyundan bir gün əvvəl kənarda yerdən otelə bir vedrə qaynadılmış xərçəng və pivə gətizdiriblər.
 
“Bizim əlimizdə olan videoçəkiliş sübut edir ki, komandanın ümumi axşam yeməyindən bir qədər sonra yeddi futbolçu yenidən otelinin yemək zalına qayıdır və kənardan sifariş etdikləri bir vedrə xərçəngi pivə içə-içə yeməyə başlayır. Zəhərlənmənin xərçəng və pivədən baş verdiyini ehtimal edirik” – deyə məlumatda bildirilib.(qol.az)

Google+ WhatsApp ok.ru