Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salındı

Sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olan Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
 
Hakim Zeynal Ağayev sədrliyi ilə keçiriləcək prosesdə Mehman Səlimov məhkəməyə gətirilmədiyindən proses dekabrın 11-ə qədər təxirə salınıb.
 
Qeyd edək ki, M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilir.
 
M. Səlimov 1995-99-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.

Google+ WhatsApp ok.ru