Sabiq icra başçısına 8 il həbs

 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb 
 
Maide.az xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, R.Alışova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( saxta sənəd) maddələri ittiham verilib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məhkəmənin hazırlıq iclasında o, həbs edilib.
 
Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.(politika.az) /

Google+ WhatsApp ok.ru