Seyid Elman Ağazadənin həbs müddəti artırılıb

Seyid Elman Ağazadənin həbs müddəti artırılıb

Seyid Elman Ağazadənin həbs müddəti artırılıb.  Maide.Az bildirir ki, bu barədə İslamazeri.az-a vəkil Akif Əliyev məlumat verib. Nəsimi rayon məhkəməsi seyid Elman Ağayevin həbs müddətinin dekabr ayının 26-a qədər. Məhkəmədə Seyid Elman Ağayevin özü də iştirak edib.
 
Səhhəti ilə bağlı isə vəkili bildirib ki, bir neçə analiz götürülüb. Bu gün USM-ə aparılmalıdır. Nevropataloq gəlməlidir yanına.
 
Xatırladaq ki, ötən ilin noyabr ayının 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində əməliyyat keçiriblər. Əməliyyat zamanı ilahiyyatçı Taleh Bağırov və çox sayda kənd sakini saxlanılıb. Eyni ərəfədə də Bakı, Lənkəran və Gəncə şəhərlərində də əməliyyatlar keçirilərək çox sayda dindar və ruhani saxlanılıb. Lənkəranda təşkil olunan əməliyyat zamanı ilahiyyatçı seyid Elman Ağayev , Bakıda keçirilən əməliyyat zamanı ilahiyyatçı, Quran elmləri üzrə mütəxəssis Zülfüqar Mikayılzadə saxlanılıb.
 
Saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və digər 18 nəfərin məhkəməsi davam etdirilir.
 

Google+ WhatsApp ok.ru