Siyasi məhbuslar VCMK-nın diqqət mərkəzindədir

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi (VCMK) avqustun 20-də keçirdiyi toplantıda bir sıra məsələləri müzakirə edib.
 
Əsasən söhbət Leyla və Arif Yunusun barəsində məhkəmə hökmündən, jurnalist Xədicə İsmayılovanın məhkəməsindən, jurnalist Rasim  Əliyevin öldürülməsindən, həmçinin cəzaçəkmə müəssisələrində siyasi məhbusların vəziyyətindən gedib.
 
Müzakirələrdən sonra  vətəndaş cəmiyyətinin müdafiəsi, onun hərtərəfli fəaliyyəti üçün şəraitin yaradılması sahəsində effektiv qarşılıqlı əməkdaşlıq məqsədilə fəaliyyətin koordinasiyası barədə razılığa gəlinib.
 
Əsas vəzifələr kimi mövcud qanunvericilik çərçivəsində siyasi məhbusların və dustaqların saxlanmaa şəraitinin yaxşılaşdırılması, siyasi məhbusların azadlığa buraxılması üçün tədbirlərin görülməsi və məhkum şəxslərin qanunla müəyyən olunmuş vaxtda azadlğa çıxması göstərilib.
 
Toplantıda digər məsələlər də müzakirə edilib.

Google+ WhatsApp ok.ru