SOCAR “Azərenerji”ni məhkəmədə uddu

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərenerji" ASC-ni məhkəməyə verib. Bu barədə şirkətin saytında yer alan məlumatda qeyd olunur.
Bu ilin yanvarın 14-də SOCAR "Azərenerji"nin debitor borcun qaytarılması iddiası ilə Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edib.
Məhkəmə SOCAR-ın xeyrinə qərar çıxarıb.
"Azərenerji" borc məbləğinin ödənilməsinə dair qərarın yenidən baxılması üçün məhkəməyə apelyasiya ərizəsi ilə müraciət etməyib.
Qeyd edək ki, borcun məbləği açıqlanmır.

Google+ WhatsApp ok.ru