Son 9 ayda uşaqlara daha çox hansı adlar verilib?

Son 9 ayda uşaqlara daha çox hansı adlar verilib?

Bu ilin 9 ayında uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb 
 
İlk sırada Yusif və Zəhra adları yer alıb
Bu ilin 9 ayı ərzində Azərbaycanda doğulan oğlan və qız uşaqlarına daha çox verilən adlar məlum olub.
 
Ədliyyə Nazirliyindən "Report"a bildirilib ki, bu ilin 9 ayı ərzində oğlanlara Yusif (2500), Hüseyn (1653), Əli (1612), Ömər (1286), Məhəmməd (1033), Tunar (987), Murad (971), Ayxan (914), Uğur (898), İbrahim (674) adları daha çox verilib.
 
Qızlara verilən adlar arasında isə ilk onluqda Zəhra (2160), Nuray (1631), Fatimə (1399), Zeynəb (1320), Aylin (1246), Məryəm (1141), Ayan (1024), Mələk (997), Mədinə (796), Dəniz (770) adları yer alıb.
 
Bundan başqa, Səma, Gülay, Xədicə, Leyla, Fidan, İnci, Banu, Nəzrin, Yağmur, Aysu, Kənan, Ümid, Nihad, Həsən, Rəsul, Mehdi, Fərid, Emil, İsmayıl, Ramal kimi adlarda  uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edib. /

Google+ WhatsApp ok.ru