İspanaq artıq çəkidən xilas edir

İspanaq artıq çəkidən xilas edir

İsveçrədə yerləşən Lund universitetinin araşdırmalarına görə, ispanaq bitkisi artıq çəkidən əziyyət çəkən insanların bu xəstəlikdən canlarını qutarmağına şərait yaradır. Belə ki, dünyada ən böyük problemlər sırasında yer alan artıq çəkinin qarşısını almaq üçün mütəxəssislər müxtəlif üsullara əl atırlar. Lakin, son vaxtlar aparılan araşdırmalar ispanaq bitkisinin artıq çəkidən azad olmaq  üçün əla bir vaistə olduğunu üzə çıxardıb.

 
Ispanaq bitkisində olan "tilakoid" maddəsinin hesabına insanın maddələr mübadiləsini sürətləndirən ispanaq, insanın aclıq mərkəzinin də gec oyanmasına kömək edir.  Bu hal isə,  insanın toxluq mərkəzinin işini fəallaşdırır və insan gec acıyır. Beləliklə də,  bədəndə gedən sürətli maddələr mübadiləsini ödəmək üçün bədən artıq yağları və digər maddələri insan bədənində istifadə etməyə başlayır. Nəticədə isə, insan artıq çəkidən azad olmuş olur. Mütəxəssislər isə, gündə 3 dəfə ispanaq bitkisindən istifadə etməyi tövsiyyə edir. (milli.az) /

Google+ WhatsApp ok.ru