İspaniyalı hücumçu `Neftçi`də 02 Fevral 2017 02:00 İdman “Neftçi” futbol klubu qış transfer dönəmində sonuncu transferini həyata keçirib. Trend-in kluba istinadən verdiyi məlumata görə, ispaniyalı hücumçu Daniel Seqoviya ilə ilyarım müddətinə müqavilə bağlanıb. Sonuncu klubu “Sankt-Pyolten”də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb. 31 yaşlı hücumçu bunadək isə İspaniyanın “Rayo Valekano”, “Fuenlabrada”, “Alxesiras”, “Real Saraqosa” B, “Atletiko Pinto”, “Konkense”, “Atletiko Baleares”, Fransanın “Olimpik Marsel” B, Avstriyanın “Admira Vakker” və “Volfsberger” klublarında çıxış edib. D.Seqoviya “Neftçi”də 12 nömrəli formanı geyinəcək. Teqlər : #İspaniyalı hücumçu `Neftçi`də, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropada qış “transfer pəncərəsi”nin ən bahalı transferləri açıqlanıb Tanınmış futbolçu karyerasını bitirdi