Stadionda `Ləbbeyk Ya Hüseyn` səsi ucaldı -VİDEO- YENİLƏNİB 2

Stadionda `Ləbbeyk Ya Hüseyn` səsi ucaldı -VİDEO- YENİLƏNİB 2

İran Asiya Futbol Federasiyasının tələbini rədd etdi

(VİDEOlar əlavə olunub ) 
 
 
Bu gün İranın paytaxtı Tehranda Azadi stadionun İran və Cənubi Koreya millisi qarşılaşacaq.
 
Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki, bu tarix Məhərrəm ayının 9-cu gününə, Aşura axşamına təsadüf edir. İran rəsmiləri bu xüsusi vəziyyətlə bağlı oyunun tarixini dəyişdirmək üçün FİFA-ya müraciət etsə də, FİFA-nın Səudiyyəli bölgə rəsmisi bu müraciəti nəzərə almayıb.
 
Bu gün Azadi stadionuna gələn azarkeşlər əllərində qara bayraqlar və şüarlar gətiriblər. Stadionda 600 metrlik "Ləbbeykə Ya Hüseyn" bayrağı açılıb. Stadionda həmçinin ingilis dilində «WHO IS HOSSEIN» (Hüseyn kimdir?) banerləri asılıb.  
 
Asiya Futbol Federasiyası İran Futbol Federasiyasından həmin qara bayrağın yığışdırılmasını tələb edib. İran Futbol Federasiyası isə AFF-nin tələbinə cavab olaraq bildirib ki, stadionda dalğalanan bayraq yığışdırlmayacaq. Bu İran şiə müsəlmanlarının etiqadı və inancıdır.
 
Oyunun başlamasına saatlar qalmasına baxmayaraq hazırda Azadi stadionunda 6 mindən çox azarkeş var. Onların sayı gedərək artır. 
 
Bundan əlavə "Ya Əba Əbdillah" yazılmış qara rəngli qola bağlanan parçalar Cənubi Koreyalı jurnalistlərin qolunda görsənib. 
 
 
 

Google+ WhatsApp ok.ru