Surac Ağayevin həyatı təhlükədədir!

Masallı rayonunda şərlənərək 5 il azadlıqdan məhrum edilən Surac Ağayevin həyatı təhlükədədir.
 
Maide.az-ın məlumatına görə, yaxınlarının cenubnews.com-a xəbər verib ki, hazırda İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (Tubzon) olan Surac Ağayev oraya aparıldığı gündən mütəmadi olaraq döyülür. 
 
Yaxınlarının dediyinə görə, Surac Ağayev döyülmə nəticəsində ciddi xəsarətlər alıb. Onun qabırğaları əzilib və ayağının biri gipsdədir. 
 
Qeyd edək ki, Surac Ağayev "Tubzon"a aparıldığdan sonra 33 gün qolları bağlı vəziyyətdə "Karser"ə salınıb.

Google+ WhatsApp ok.ru